Daha bir ölkə vətəndaşlarını Livanı tərk etməyə çağırdı

img

Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi İsrail ilə Livanın şiə partiyası "Hizbullah" arasında gərginliyin artması fonunda krallıq vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Rezonans.az xəbər verir ki, bununla bağlı diplomatik missiyanın X hesabında paylaşım edilib. 

“Səudiyyə Ərəbistanının Livan Respublikasındakı səfirliyi Cənubi Livanda baş verən hadisələri diqqətlə izləyir, bütün vətəndaşları Livana səyahət qadağasına hörmətlə yanaşmağa, həmçinin orada olan vətəndaşları dərhal Livan ərazisini tərk etməyə çağırır”, - yayımlanan bəyanatda deyilir.

Xəbəri paylaş: