Moldova Avropadan silah istəyib

img

Moldova Avropa İttifaqı (Aİ) ölkələri ilə öldürücü olmayan silahların tədarükü məsələsini müzakirə edir.

 

Rezonans.az xəbər verir, bu barədə ölkənin Baş naziri Natalya Qavrilitsa bildirib.

 

Qeyd olunur ki, silahların tədarükü mümkünlüyü ilə bağlı ilkin danışıqlar aparır, lakin hələlik hakimiyyət onların lazım olub-olmayacağına qərar verməyib.

 

“Biz tərəfdaşlarımızdan silahların alınması, sərhədlərin möhkəmləndirilməsi üçün yardım tələb etmişik... Təbii ki, biz Avropa ölkələri ilə digər yardım növlərini də müzakirə edirik. Hələlik bu ümumi müzakirədir", - deyə baş nazir bildirib.

Xəbəri paylaş: