Mediasiya Şurasının rəhbərliyi Özbəkistan, Qazaxıstan və Qırğızıstan Respublikalarına səfər edəcək

img

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mediasiya Şurası Türk Dünyası Mediatorlar Birliyinin qurucu üzvlərindən biridir və Birlik artıq türkdilli dövlətləri əhatə etməklə, türkdilli dövlətlərin mediasiya peşəsi sahəsində vahid peşə birliyinə çevrilib.


Rezonans.az xəbər verir ki, Türk Dünyası Mediatorlar Birliyinin (Türk Dünyası Arabulucular Birliği) nümayəndə heyəti çərçivəsində Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Şuranın İntizam Komissiyasının sədri Mayıl Əhməd, Etika Komitəsinin sədri Aqil Əsgərov qeyd edilən dövlətlərə səfər edəcək. Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndələri ilə yanaşı, Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel, İdarə Heyətinin üzvləri Hasan Oymak, Emrullah Manav, Ali Selek də səfərdə iştirak edəcək.


Səfər çərçivəsində Özbəkistan, Qazaxıstan və Qırğızıstan Respublikalarında mediasiya qurumlarının rəhbərləri, dövlət orqanları nümayəndələri ilə mediasiya təşkilatları ilə görüşləri olacaq. Görüşlər çərçivəsində adları qeyd edilən ölkələrin mediasiya təcrübələri qarşılıqlı olaraq öyrənilməsi və Türk Dünyası Mediatorlar Birliyi tərəfindən türkdilli dövlətlərin mediatorlarının böyük qurultayına hazırlıq məsələləri müzakirə ediləcək.

Xəbəri paylaş: