Məmmədyarov və Rəcəbovun növbəti sınağı

img

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçiriləcək.

 

Rezonans.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov dördüncü turda çinli Van Hao, Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaqlar.

 

Qeyd edək ki, ötən üç turun nəticəsinə görə, Ş.Məmmədyarov 4, Teymur Rəcəbov isə 1,5 xal toplayıb.

 

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Xəbəri paylaş: