Nazir NATO nümayəndəsi ilə sülh prosesini müzakirə etdi

Nazir NATO nümayəndəsi ilə sülh prosesini müzakirə etdi

Vaşinqtonda işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb. 

Rezonans.az xəbər verir ki, görüşdə Azərbaycan-NATO tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən enerji təhlükəsizliyi, mühüm infrastrukturun mühafizəsi, hərbi təhsil və təlim, humanitar minatəmizləmə məsələləri müzakirə edilib.

Ermənistan-Azərbaycan sülh prosesi, regional və beynəlxalq təhlükəsizlik məsələləri də gündəmdə olub.

Xəbəri paylaş: