
Koronavirus pandemiyası səbəbilə 2 ildir xaricdən zəvvar qəbul etməyən Səudiyyə Ərəbistanı 2022-ci ilin ilk zəvvar karvanını qarşılayıb.
Rezonans.az xəbər verir ki, İndoneziyadan gələn zəvvar karvanını daşıyan təyyarə Mədinə hava limanına enib.
Xaricdən gələn ilk zəvvar karvanını hava limanında Səudiyyə Ərəbistanı rəsmiləri və İndoneziyanın Ər-Riyaddakı səfiri qarşılayıb.
Səudiyyə Ərəbistanı bu il ölkə daxilində və xaricdən 1 milyon insanın Həcc ziyarətinə icazə veriləcəyini açıqlayıb. COVID-19 epidemiyasına görə 2021-ci ildə cəmi 60 yerli vətəndaşa Həcc ziyarətinə icazə verildiyi halda, 2020-ci ildə yalnız min yerli vətəndaş Həcc ziyarətinə gedə bilib.
Səudiyyə Ərəbistanından kənardan olan zəvvar namizədlərinin Həcc ziyarətinə ən son qəbulu 2019-cu ildə həyata keçirilib. Pandemiyadan əvvəl hər il təxminən 2,5 milyon insan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedib. Bu il yalnız peyvənd olunmuş 65 yaşına qədər müsəlmanlar Həcc ziyarətinə gedə biləcəklər.
Qeyd edək ki, xarici zəvvarlar Səudiyyə Ərəbistanına gəlməzdən ən azı 72 saat əvvəl mənfi PCR test nəticəsi göstərməlidirlər.