
Yaponiya hökuməti növbəti ballistik raket sınağına görə Şimali Koreyaya etirazını bildirib.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Yaponiyanın müdafiə naziri Nabuo Kişi məlumat verib.
“Şimali Koreya raket sınaqlarını indiyədək görünməmiş dərəcədə sürətləndirir. Bu cür hərəkətlər həm ölkəmiz üçün, həm də bütün beynəlxalq ictimaiyyət üçün təhlükə mənbəyidir. Bununla əlaqədar, Pekindəki səfirliyimiz vasitəsilə Şimali Koreyaya etirazımızı bildirmişik”, - nazir deyib.
Onun sözlərinə görə, əldə edilən məlumatlara əsasən Şimali Koreya tərəfindən səkkiz ballistik raketin buraxılışı həyata keçirilib.