Turistlər kosmos gəzintisinə çıxdılar

img

ABŞ-ın “Blue Origin” şirkəti göyərtəsində altı turistlə birlikdə “New Shepard” kosmik gəmisinin növbəti suborbital uçuşunu uğurla həyata keçirib. Şirkətin saytında hadisənin canlı yayımı aparılıb.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, Van Horn (Texas) şəhəri yaxınlığındakı kosmodromdan uçuş yerli vaxtla saat 08:26-da (Bakı vaxtı ilə 17:26) baş verib.

 

Bundan sonra gəmi təxminən 100 km hündürlüyə qalxıb, orada sərnişinlər çəkisizlik vəziyyətdə olublar. Uçuş cəmi 10 dəqiqədən bir qədər çox davam edib.

 

Qeyd edək ki, bu, “New Shepard”-ın beşinci turistik uçuşu olub. İlk uçuşlar 2021-ci ilin iyul, oktyabr, dekabr aylarında, həmçinin bu ilin 31 martında baş verib.

Xəbəri paylaş: