İlham Əliyev Blenhaym sarayındakı sammitdə iştirak edir - VİDEO

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avropa Siyasi Birliyinin dördüncü sammitinin keçiriləcəyi Blenhaym sarayına gəlib. 

Rezonans.az xəbər verir ki, sammit Bakı vaxtı ilə saat 13:00-da başlayıb. Ölkə lideri hazırda sammitdə iştirak edir. 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da sammitə qatılıb. Hər iki ölkə liderlərinin görüşə biləcəyi istisna edilməyib. 

Paşinyan jurnalistlərin sülh sazişi üzrə danışıqların necə getdiyi ilə bağlı sualına cavab verməyib, İlham Əliyev buna jest hərəkəti ilə cavab verib. 


Xəbəri paylaş: