Tramp Baydenin seçki yarışından çəkilməsinə belə reaksiya verdi

img

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, Co Bayden ABŞ tarixinə "ən pis prezident" kimi düşəcək.

Rezonans.az xəbər verir ki, Tramp CNN-ə müsahibəsində Baydenin prezidentlik yarışından geri çəkilməsini şərh edərkən belə deyib. 

O həmçinin bildirib ki, seçkidə Kamala Harrisi məğlub etmək Baydendən daha asan olacaq.

Qeyd edək ki, Bayden vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bəyan edib. 

Xəbəri paylaş: