Qazaxıstanda təyyarə qəzaya uğradı

img

Qazaxıstanın Akmola vilayətində “An-2” təyyarəsi qəzaya uğrayıb.

Rezonans.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Derjavinsk şəhərindən 10 kilometr aralıda havaya qalxan “An-2” təyyarəsində yanğın baş verib. Xəsarət alan yoxdur. Pilot yanğın baş verən təyyarədən sərbəst şəkildə təxliyə olunub", - deyə məlumatda bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: