
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan XİN başçısı Ceyhun Bayramovla birgə Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyununu izləyib.
Rezonans.az xəbər verir ki, bu barədə Çavuşoğlu özünün sosial media hesabında məlumat yayıb.
“Azərbaycan xarici işlər naziri Ceyhun qardaşımla Filenin Sultanlarını Ankarada qələbəyə səsləyirik. Finalda yenidən Ankarada görüşənədək", - deyə o paylaşımda bildirib.