
Ukrayna Rusiyaya məxsus daha bir qırıcını məhv edib.
Rezonans.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Qırıcı Zaporojye vilayətinin Orexov şəhəri üzərində vurulub. Vurulan qırıcının Su-25 model olduğu bildirilir.
Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye vilayətinə səfər edib.