Ukrayna ordusunun iyul ayındakı itkiləri açıqlandı

img

İyul ayı ərzində Ukrayna qoşunları xüsusi hərbi əməliyyat zonasında 60 mindən çox hərbçi itirib.

Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mövcud məlumatlara görə, iyulun 1-dən iyulun 5-dək Ukrayna Silahlı Qüvvələrinin bütün istiqamətlərdə itkiləri 9875, iyulun 6-dan 12-dək - 14070, iyulun 13-dən 19-na qədər 13 075, 20 iyuldan 31 iyula qədər - 23 610 nəfər olub.

Beləliklə, iyulda Ukraynanın ümumi itkisi 60 630 nəfər hərbi qulluqçu təşkil edib. Orta hesabla Ukrayna Silahlı Qüvvələri bir gündə təxminən 2 min insan itirir.

Xəbəri paylaş: