Türkiyənin Malatya vilayətində zəlzələ olub.
Rezonans.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Bildirilib ki, yerli saatla 05.52-də episentri Yeşilyurt rayonu olmaqla 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 10,83 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.