Polşa Belarusla şərq sərhədində “Hava Şəfəqi” kod adlı hava hücumundan müdafiəni gücləndirmək üçün əməliyyata başlayır.
Rezonans.azxarici KİV-ə istinadən xəbər verir ki, əməliyyatın əsas məqsədi ölkənin hava məkanını onun sərhədlərini qanunsuz pozan obyektlərdən qorumaqdır. Dronlar üçün xarakterik olan “alçaq və çox aşağı hündürlüklər də daxil olmaqla qeyri-qanuni sərhəd pozuntularına yol verən obyektlərə” xüsusi diqqət yetiriləcəyi dəqiqləşdirilir.
Əməliyyat Polşa ərazilərinin pozulma riskinin daha yüksək olduğu şərq və şimal-şərq sərhədlərini əhatə etməlidir. “Hava şəfəqi” əməliyyatının koordinasiyasına ölkənin Silahlı Qüvvələrinin operativ komandanlığı cavabdeh olacaq.