Türkiyənin Şərqi Anadolu bölgəsində zəlzələ olub.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 05:52-də (Bakı vaxtı ilə 06:52) ölkənin Malatya şəhərinin Yeşilyurt rayonunda 4.4 maqnitudalı zəlzələ olub.
Yeraltı təkanların ocağı 10.83 km dərinlikdə yerləşib.
Dağıntı və itkilər barədə məlumat verilməyib.