"Moskva ilə Vaşinqtonun qarşılıqlı olaraq bir-birinin ərazisində səfirliklərini bağlana bilər".
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan deyib.
Diplomatik əlaqələrimizi tam kəsib bir-birimizlə danışmağı dayandıra bilmərik. Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclaslarında, ən azı, hər gün bir-birimizin yanında otururuq. Nə olursa-olsun, BMT-də, Təhlükəsizlik Şurasında bir-birimizlə danışsaq, daha yaxşı olar”, - deyə Sallivan əlavə edib.










