Futbol üzrə olimpiya turnirinin 1/4 final matçından sonra Fransa və Argentina yığmalarının futbolçuları arasında dava düşüb.
Rezonans.az xəbər verir ki, bu barədə “RMC Sport” agentliyi məlumat yayıb.
Meydanda başlayan dava bir neçə dəqiqə olub. Bundan sonra iki komanda arasında qarşıdurma tribuna otağında davam edib.
Davaya Argentina himninin fitə basılması və azarkeşlərin irqçi şüarlar səsləndirməsi səbəb olub.
Qeyd edək ki, Bordo şəhərində keçirilən görüş 1:0 hesabı ilə Fransanın xeyrinə başa çatıb. Yeganə qolu matçın 5-ci dəqiqəsində Jan-Filip Mateta vurub.