Ruslan Lunyov Olimpiadada çıxışını başa vurdu

img

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Rezonans.az xəbər verir ki, pnevmatik tapançadan 25 metr məsafəyə atəşaçma yarışında 580 xal toplayan idmançı təsnifat mərhələsində 18-ci yeri tutub və finala vəsiqə qazana bilməyib. Bununla da Olimpiadada çıxışını başa vurub.

R.Lunyov 10 metr məsafəyə atəşaçmada 24-cü olmuşdu.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Xəbəri paylaş: