İran parlamentinin 12-ci çağırış deputatı, İranın milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komissiyasının keçmiş üzvü Əhməd Ərdəstani Tehranın nüvə silahı əldə etdiyini irəli sürüb.
Rezonans.az İran mediasına istinadən xəbər verir ki, siyasətçi bu qənaətə İran hakimiyyətinin İsrailə və ABŞ-nin İraqdakı bazasına hücumu təşkil etməsinə əsaslanaraq gəlib.
“Görünür, İran nüvə silahı əldə edib, buna görə də İsrail ərazisinə və ondan əvvəl İraqın Ayn əl-Əsəddəki Amerika bazasına hava hücumu həyata keçirə biləcəyinə belə əmin idi”, - deyə Ərdəstani bildirib.
O, əlavə edib ki, İranın həqiqətən də nüvə silahı istehsal edə bildiyinə tam əminlik yoxdur, lakin Tehran alimlərin bu silahı yaratmağa çox yaxınlaşdığını dəfələrlə bəyan edib.