HƏMAS-ın iqtisadiyyat naziri öldürüldü

img

HƏMAS hərəkatının iqtisadiyyat naziri vəzifəsində çalışmış Abed əl-Zeriei Qəzza zolağında qətlə yetirilib. 

Rezonans.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

İsrail ordusunun bəyanatında: "Bazar günü kəşfiyyatın göstərişlərinə əsasən, İDF qüvvələri Abed əl-Zerieyi öldürüb”,- deyə qeyd olunub.

Digər tərəfdən, İDF əl-Zeriyeyi Həmas-ın Qəzzaya göndərilən humanitar yardımı mənimsəmək cəhdlərində ittiham edib.

Xəbəri paylaş: