Gəncədə qanunsuz tikintilərə qarşı aparılan monitorinqlər davam etdirilir

img

Monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır.

Rezonans.az xəbər verir ki, həyata keçirilən növbəti monitorinqlər zamanı, şəhərin M.C.Paşayev küçəsində yerləşən qeyri-yaşayış obyektinin önündə quraşdırılan talvar qeyri-qanuni olduğu üçün sökülüb.

Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

Xəbəri paylaş: