Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 04.08.2024-cü il tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindən 60 yaşlı şəxs (kişi cinsli) üçün ürək ağrısı səbəbilə çağırış daxil olub.
Rezonans.az xəbər verir ki, təcili tibbi yardım briqadası tərəfindən aparılmış elektrokardioqramma (EKQ) müayinəsinə əsasən xəstəyə miokard infarktı diaqnozu qoyulub və zəruri tibbi yardıma başlanılıb. Tibbi yardım zamanı şəxsdə qəfil ürək dayanması qeydə alınıb. Dərhal başlanılan ürək-ağciyər reanimasiya tədbirləri (defibrillyasiya tətbiqi daxil olmaqla) nəticəsində xəstədə ürək fəaliyyəti və normal ritm bərpa olunub.
Xəstə ərazi üzrə müvafiq xəstəxananın reanimasiya şöbəsinə hospitalizasiya edilib.