Ukrayna Silahlı Qüvvələri üç yüzə qədər yaraqlılarla 11 tank və 22 zirehli texnikanın dəstəyi ilə Kursk vilayətində Rusiyanın mövqelərinə hücum edib.
Rezonans.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sərhədi əhatə edən qoşunlar sərhəd qoşunları ilə birlikdə hücumları dəf edir və ehtiyatlar toqquşma bölgəsinə köçürülüb. Ukrayna Silahlı Qüvvələrinin 16 zirehli texnikası, o cümlədən altı tank məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu zamanı həlak olanların sayı 18-ə çatıb.