İran bu ölkə ilə vizasız rejimə başlayır

img

İran və Tacikistan avqustun 10-dan etibarən iki ölkə arasında səyahət üçün viza rejimini ləğv etmək barədə razılığa gəliblər.

Rezonans.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin baş direktoru Əlirza Mahmudi “Tasnim” agentliyinə bildirib.

Onun sözlərinə görə, İran və Tacikistan hökumətləri avqustun 10-dan öz vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq üçün qarşılıqlı vizasız proqramlar tətbiq etmək niyyətindədirlər.

Əlirza Mahmudi deyib ki, İran və Tacikistanın adi pasportu olan şəxslər digər ölkəyə 30 gün müddətinə vizasız gedə bilərlər. O əlavə edib ki, vizasız rejim yalnız Tehran və Düşənbə arasında uçuşlar həyata keçirən sərnişinlərə şamil edilir.

Xəbəri paylaş: