Türkiyədə güclü zəlzələ oldu

img

Aralıq dənizində ard-arda üç dəfə güclü zəlzələ olub.

Rezonans.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Krit adası sahillərində 5,2 ballıq zəlzələ qeydə alınıb. Bundan sonra Aralıq dənizi sahillərində 4,7 və 3, 9 bal gücündə daha iki zəlzələ olub.

Zəlzələlərin dərinliyinin müvafiq olaraq 5,5, 5,2 və 4,5 kilometr olduğu bildirilib. Təbii fəlakət İzmir və Antaliyada da hiss edilib.

Xəbəri paylaş: