Polis İsrail Xarici İşlər Nazirliyinin Qüdsdəki qərargahında axtarış aparıb.
Rezonans.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, bu, Lahav-433 xüsusi təyinatlı dəstəsinin dələduzluqla mübarizə şöbəsinin müstəntiqləri tərəfindən bir neçə həftə əvvəl başlanmış gizli araşdırma çərçivəsində edilib.
İstintaq buna hüququ olmayan şəxslərə diplomatik pasportların verilməsində şübhəli bilinərək aparılır. Polisdən bildiriblər ki, axtarış zamanı müxtəlif sənədlər götürülüb.