"Bütün namizədlər üçün şərtlər eyni olmalıdır" - Şura sədri

img

Seçkiqabağı təşviqatda ən böyük məsuliyyət ictimai yayımçının üzərinə düşür. Dövlət büdcəsindən maliyyələşən yayımçıların hamısı ictimai yayımçı funksiyası daşısa da, seçkiqabağı təşviqat məhz qanunla ictimai yayımçı kimi tanınan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilməlidir.

Rezonans.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov deyib. İ.Səttarov bildirib ki, dövlətə məxsus yayımçılar vasitəsilə seçkiqabağı təşviqat aparılmır.

Onun sözlərinə görə, qeydə alınmış bütün namizədlər üçün ödəniş həcmi və şərtləri eyni olmalıdır.

Xəbəri paylaş: