Kanada mətbuatı Şuşadan YAZDI

img

Xarici mətbuatda ICESCO tərəfindən Azərbaycanın Şuşa şəhərinə “İslam dünyasının mədəniyyət paytaxtı” adının verilməsi geniş işıqlandırılır.

Diasporla İş üzrə Dövlət Komitəsindən Rezonans.az-a bildirilib ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham Kanadanın www.thej.ca saytında dərc olunmuş məqaləsində yazıb.

“Şuşa: İslam dünyasının mədəniyyət paytaxtı” sərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Şuşa tarixdəki səyahətinə Qarabağ xanlığı dövründə əsası qoyulmuş, mədəniyyət və ticarət mərkəzi olan, inkişaf edən ipəkçilik və xalçaçılıq sənayesi sayəsində adı uzaq diyarlarda tanınan bir şəhər kimi başlayıb. 18-ci əsrdə şəhər Qarabağın paytaxtı olub. Bu dövrdə şəhərin böyüməsi və mədəni çiçəklənməsi baş verib, bura bir çox şairlərin, yazıçıların, musiqiçilərin və rəssamların vətəninə çevrilib.

Bildirilib ki, 19-cu əsrin sonlarında Şuşa artıq Qafqazın musiqi və mədəniyyət mərkəzi hesab olunurdu. Şəhər “Qafqazın İncəsənət Məbədi”, “Kiçik Paris” və “Azərbaycanın Musiqi Evi” kimi tanınıb.

Qeyd olunub ki, şəhərdəki bir çox tarixi tikililərin günümüzə qədər gəlib çatmamasının səbəbi şəhər işğal etdikdən sonra ermənilərin burada törətdiyi vandalizmdir. Məhz 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik erməni işğalından azad edilməsi Şuşada Azərbaycan mədəniyyətinin məhv olması təhlükəsini sovuşdurub.

Xəbəri paylaş: