Sumqayıtda partlayış - XƏSARƏT ALAN VAR

img

Sumqayıtda mənzildə partlayış baş verib.

Rezonans.az xəbər verir ki, hadisə "Betonzavod" adlanan ərazidə qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Nağıyev Turac Telman oğlu kirayə qaldığı mənzildə baş vermiş partlayış nəticəsində termiki yanıq xəsarıtləri alıb.

O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: