Avqustun 9-da saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Rezonans.az-a verilən məlumata görə, araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub.