Azərbaycanda bir ailənin altı üzvü ZƏHƏRLƏNDİ

img

Şəmkir rayonunda aralarında uşaqlar da olmaqla bir ailənin 6 üzvü zəhərlənib.

Rezonans.az-ın məlumatına görə, hadisə Seyfəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri - 1983-cü il təvəllüdlü Mərdan Mehdixanov, 1978-ci il təvəllüdlü Könül Məmmədova, 2008-ci il təvəllüdlü Zəhra Mehdixanova, 2011-ci il təvəllüdlü Leyla Mehdixanova, 2011-ci il təvəllüdlü Yusif Məmmədov və 2017-ci il təvəllüdlü Cümşüd Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə onlar qida məhsularından zəhərləniblər.

Xəbəri paylaş: