Bu ölkədə nazir iş otağında GÜLLƏLƏNDİ

img

Dominikanın ətraf mühit naziri Orlando Xorxe Meru tanışı tərəfindən güllələnib.

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi Homero Fiqeroa məlumat verib.

 

Onun sözlərinə görə, nazirə atəş açan Miqel Krus adlı şəxs polis nəzarətinə götürülüb. Nazirin iş otağında güllələndiyi bildirilib.

 

Cinayətin motivləri barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Homero Fiqeroa dövlət başçısı adından mərhumun ailəsinə başsağlığı verib.

 

Xəbəri paylaş: