Türkiyənin cənubundakı Muğla vilayətində turistlər arasında məşhur olan Saklıkent kanyonunda daş uçqunu baş verib.
Rezonans.az Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə iki rusiyalı turist xəsarət alıb.
112 təcili xidmətinə siqnal daxil olduqdan sonra Muğla yanğınsöndürmə xidmətinin bölmələri kanyona göndərilib. Xəsarət alan rusiyalı turistlər xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq həkimlərə təhvil verilib.