ABŞ İsrailə Amerika silah və hərbi texnikasının alınması üçün 3,5 milyard dollar ayırmaq niyyətindədir.
Rezonans.az xəbər verir ki, bu barədə mənbələrə istinadən CNN məlumat yayıb.
Onların sözlərinə görə, ABŞ Dövlət Departamenti Konqresə məlumat verib ki, Co Bayden administrasiyası qanunvericilərin aprel ayında İsrailə ayırmağa razılaşdığı vəsaitlərdən ölkəyə bir neçə milyardlıq xarici hərbi maliyyə göndərməyi planlaşdırır.
Bu, yəhudi dövlətinə ABŞ-dən qabaqcıl silah sistemləri və digər zəruri avadanlıqlar almaq imkanı verəcək.
CNN-in qeyd etdiyi kimi, İsrail bu məbləğdə silahı dərhal almayacaq, çünki ala biləcəyi silah sistemləri hələ hazırlanır.