
ABŞ məhkəməsi rusiyalı oliqarx Roman Abramoviçə məxsus ABŞ istehsalı olan iki təyyarənin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozduğuna görə ələ keçirilməsinə icazə verib.
Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Nyu-Yorkun Cənub Dairə Məhkəməsi açıqlama yayıb.
ABŞ istehsalı olan təyyarə və təyyarə hissələrinə qoyulan qadağaların da qeyd olunduğu açıqlamada Abramoviçin 2 təyyarəsinin sanksiyalara zidd olaraq xarici ölkədən icazəsiz Rusiyaya aparıldığı qeyd edilib.
Açıqlamada Abramoviçə "Boeing 787-8" və "Gulfstream G650ER" təyyarələrini müsadirə etməyə icazə verildiyi bildirilib.
Sözügedən təyyarələrin bir sıra şirkətlər vasitəsilə Roman Abramoviçə məxsus olduğu və təyyarələrin ümumi dəyərinin 400 milyon dollardan çox olduğu qeyd olunub.