
Türkiyə Suriyanın şimalında yerləşən Fərat Qalxanı və Zeytun Budağı bölgələrində terrorçulara ağır zərbə endirib.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Zərbələr nəticəsində 11 terrorçunun məhv edildiyi bildirilir.
"Hər cür tədbir görüləcək. Bölgədə sülh və əmin-amanlığın davam etdirilməsi üçün alınmağa davam edilir", - deyə məlumatda qeyd olunur.