Lənkəranda narkotikə görə 33 nəfər saxlanıldı

img

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Hüseynov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  Rezonans.az-a verilən məlumata görə, E.Hüseynovdan tərkibi psixotrop maddə ilə zənginləşdirilmiş 17 kiloqram marixuana və 1 kiloqram heroin aşkarlanıb.

Araşdırmalarla onun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan Razi adlı İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Məhkəmənin qərarı ilə E.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan əlavə, sonra bir ay ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə 33 nəfər saxlanılıb.

Araşdırmalar aparılır.

Xəbəri paylaş: