Qəzza ilə bağlı danışıqların tarixi açıqlandı

img

Qəzza zolağında vəziyyətin nizamlanması üzrə danışıqların növbəti mərhələsi avqustun 15-də Qətərdə keçiriləcək.

Rezonans.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman məlumat yayıb. 

"Danışıqların növbəti raundu sabah Qətərin paytaxtı Dohada keçirilməlidir. İsrail nümayəndə heyətinə Mossad rəhbəri David Barnea başçılıq edəcək”, - deyə o bildirib.

Bundan əvvəl HƏMAS-ın Livandakı nümayəndəsi  Əhməd Əbdül Hadi bildirmişdi ki, Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəslə bağlı məsləhətləşmələrdə iştirak etməyəcək. Onun sözlərinə görə, hərəkat bütövlükdə danışıqların əleyhinə olmasa da, Netanyahu atəşkəs razılaşmasının əldə olunmasında maraqlı olmadığı üçün indi onlar mümkün deyil.

Xəbəri paylaş: