Ukrayna Rusiyanın Kursk vilayətində hərbi komandanlıq yarada bilər

img

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Kursk vilayətində vəziyyətlə bağlı müşavirə keçirib. 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. 

Qeyd olunub ki, orada hərbi komandanlığın yaradılması imkanları müzakirə olunub.

İclasda prezident aparatının rəhbəri Andrey Yermak, Ukraynanın baş naziri Denis Şmıxal, daxili işlər naziri İqor Klimenko, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk, İnsan Hüquqları üzrə Ombudsman Dmitri Lubinets iştirak ediblər. Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sirski də onlayn formata qoşulub.

Görüş zamanı əsas məsələlər - təhlükəsizlik, humanitar yardım və hərbi komandanlıq məntəqələrinin yaradılması müzakirə edilib.

Xəbəri paylaş: