Misir, Qətər və ABŞ nümayəndələri Qəzza zolağında atəşkəs rejiminin tətbiqi və girovların azad edilməsi məqsədi ilə avqustun 16-da məsləhətləşmələri davam etdirmək niyyətindədirlər.
Rezonans.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari məlumat yayıb.
Qətər Xəbər Agentliyinə danışıqları şərh edən əl-Ənsəri bildirib ki, Qətər, Misir və ABŞ-dən olan vasitəçilərin səyləri davam edir.