Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni təyinatlar həyata keçirib.
Rezonans.az xəbər verir ki, prezidentin qərarları “Resmi Gazete”də yayımlanıb.
Sənədə əsasən, Bursa valisi Mahmut Demirtaş Təhlükəsizlik Ümumi Müdirliyinə rəhbər təyin edilib.
Təhlükəsizlik Ümumi Müdirliyinin rəhbəri Erol Ayyıldız isə Bursa valisi vəzifəsinə gətirilib.
Jandarma Baş Komandanlığının rəhbəri Arif Çetin yaş həddinə görə təqaüdə göndərilib. Onu general Ali Çardakçı əvəzləyib.