Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) analitik xidməti gecə-gündüz işləyir və Rusiya Federasiyasının Kursk vilayətində vəziyyətin inkişafını diqqətlə izləyir.
Rezonans.az xəbər verir ki, bu barədə qurumdan açıqlama verilib.
Qeyd olunub ki, Rusiyadan hərbi yardım üçün müraciət alacağı təqdirdə bütün lazımi prosedurlar vaxtında həyata keçiriləcək: "Hərbi münaqişəyə keçid KTMT-nin məsuliyyət zonasında eskalasiyanın yeni mərhələsidir. Analitik xidmətimiz gecə-gündüz işləyir. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və təşkilatın nizamnaməsinə uyğun hərəkət edəcəyik. Katiblik və Rusiya Federasiyasının müvafiq dövlət qurumları işçi əsasda məlumat mübadiləsi aparırlar. Lazım gələrsə, KTMT Katibliyi bu halda nəzərdə tutulan bütün prosedurları müəyyən edilmiş müddətdə həyata keçirəcək".
Məlumata görə, hərbi yardımın göstərilməsi məsələsi yalnız iştirakçı dövlətin rəsmi müraciəti olduğu halda yarana bilər, lakin hazırda Kurskdakı vəziyyətlə bağlı Rusiyadan belə bir müraciət daxil olmayıb.