Türkiyədə kimyəvi maddə fabrikə sızdı - Zəhərlənənlər var

img

Bursansanın İnegöl rayonunda fəaliyyət göstərən tekstil fabrikində kimyəvi maddə sızması baş verib. 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Kimyəvi sızıntıdan təsirlənən 11 işçi xəstəxanaya çatdırılıb. 

Məlumata görə, bir qutu xlorid turşusu yerə tökülən zaman su ilə təmasda olub və bu, reaksiyaya səbəb olub.

Fabrikdəki digər işçilər təxliyə edilib. 

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. 

Xəbəri paylaş: