Dünya çempionatına Belqrad və Astana ev sahibliyi EDƏCƏK

img

2025-ci ildə qadınlar və kişilər arasında keçiriləcək boks üzrə dünya çempionatının ev sahibləri bəlli olub.

Rezonans.az xəbər verir ki, bu barədə Beynəlxalq Boks Assosiasiyası (IBA) məlumat yayıb.

Qadınlar arasında növbəti mundiala Belqrad ev sahibliyi edəcək. Serbiyanın paytaxtı ilk dəfə bu hüququ qazanıb. Şəhər 1976-cı və 2021-ci illərdə kişilərin yarışını təşkil edib.

Kişilərın dünya çempionatı isə Qazaxıstanda baş tutacaq. 2016-cı ildə qadınların mundialına ev sahibliyi edən Astana növbəti dəfə bu hüquqa sahib olub.

Qeyd edək ki, qadınlar arasında çempionatın bu ilin sentyabr ayında Astanada təşkili nəzərdə tutulsa da, təşkilat yarışı bir il sonra keçirməyə qərar verib.

Xəbəri paylaş: