Türkiyədə neft və qaz hasilatı artıb

img

Türkiyədə təbii qaz hasilatı artıb.

Rezonans.az Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, Sakarya Qaz Sahəsi və Zonquldakın Filyos qəsəbəsindən hasil edilən təbii qazın həcmi altı milyon kubmetrə yüksəlib.

O əlavə edib ki, Qabardakı neft hasilatı da artaraq gündəlik 47 min barelə çatıb. "Hakkaridə, Vanda və Qara dənizdə görəcəyimiz işlərlə, yeni neft hasilatı ilə mövcud ehtiyatları və hasilatı artıracağıq. Xarici təbii qazdan asılılığımızı azaldacağıq və ümid edirəm ki, bir gün tamamilə aradan qaldıracağıq" , - nazir bəyan edib.

Xəbəri paylaş: