Kosovoda ümumi seçkilər 2025-ci il fevralın 9-da keçiriləcək.
Rezonans.az xəbər verir ki, Kosovo Prezidenti Vyosa Osmani siyasi partiyalar və Mərkəzi Seçki Komissiyası ilə məsləhətləşmələrdən sonra bu qərarın qəbul olunduğunu bildirib.
Qeyd edək ki, Baş nazir Albin Kurti fevralın 9-dək vəzifədə qalacağı təqdirdə 4 illik səlahiyyət müddətini başa vuran ilk hökumət başçısı olacaq.
Kosovoda sonuncu seçkilər 2021-ci ilin fevralında keçirilib və Albin Kurtinin rəhbərlik etdiyi “Vetëvendosje” partiyası səslərin 50 faizindən çoxunu toplayıb. A.Kurtinin başçılıq etdiyi hökumət 2021-ci il martın 22-də keçirilən etimad səsverməsindən sonra vəzifələrin icrasına başlayıb.