Bakının bir sıra yollarında tıxac yaranıb.
Rezonans.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Babək prospekti, mərkəz istiqamətində;
4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.