HƏMAS İsraili atəşkəs razılaşmasını pozmaqda ittiham edib

img

Fələstinin HƏMAS və İslami Cihad hərəkatları Qətərdə danışıqlar qrupunun görüşündən sonra atəşkəsin pozulmasında İsraili günahlandırıb.

Rezonans.az xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" televiziya kanalı məlumat yayıb. 

"HƏMAS və İslami Cihadın rəhbərliyi atəşkəs danışıqlarının uğursuzluğuna və əvvəlki mərhələlərdə əldə edilmiş nəticələri tanımaqdan imtina etməsinə görə İsrailin liderlərini məsuliyyət daşıyır”, – deyə iki qruplaşmanın yaydığı birgə bəyanatda deyilir.

Avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlində olan girovların azad edilməsi məqsədilə məsləhətləşmələrin yeni mərhələsi başlayıb. Müzakirələrin ardından Misir, Qətər və ABŞ-nin birgə bəyanatında müsbət atmosferdə keçdikləri qeyd edilib. Məsləhətləşmələr zamanı ABŞ Qətər və Misirin dəstəyi ilə HƏMAS və İsrail arasında fikir ayrılıqlarını azaldacaq bir təklif təqdim edib. Lakin HƏMAS bildirib ki, Amerikanın yeni təşəbbüsü yalnız İsrailin maraqlarını nəzərə alır.

Vasitəçilər növbəti görüşün bu həftənin sonuna qədər Qahirədə keçirilməsi barədə razılığa gəliblər. Aydınlaşdırılıb ki, texniki qruplar sazişin əsas bəndlərinin, o cümlədən Qəzzada saxlanılan girovların İsrail həbsxanalarında saxlanılan fələstinlilərlə dəyişdirilməsi və anklavdakı humanitar vəziyyətlə bağlı mexanizmlərin işlənib hazırlanmasını davam etdirəcəklər. 

Xəbəri paylaş: